• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Deputat: Almaniya ilə münasibətlər Azərbaycanın Avropa siyasətində önəmli yer tutur

22 İyul, 26 / 13:42
A A

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Almaniya kansleri Fridrix Mertslə Prezident İlham Əliyev arasında rəsmi görüş təkcə növbəti diplomatik təmas deyi, Azərbaycan ilə Almaniya arasında son illər yüksələn siyasi dialoqun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi dəyərləndirilməlidir.

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

Ümumiyyətlə, Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avropanın lokomotiv aktorları kimi çıxış edən dövlətlərlə əməkdaşlıq təşkil edir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir.

Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Bakı-Berlin münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə əməkdaşlıq son illərdə güclənmiş və müxtəlif sahələri əhatə etmişdir. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi maraqlarına uyğun olaraq müxtəlif sektorlar üzrə genişlənir.

Azərbaycan və Almaniya arasında ticarət əlaqələri inkişaf edir. Almaniya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Əsasən, Azərbaycanın xammal ixracı və Almaniyanın texnologiya, maşınqayırma və avadanlıq ixracı ilə əlaqəlidir.

Alman şirkətləri Azərbaycanın enerji və infrastruktur layihələrində iştirak edir. Ümumilikdə, Azərbaycanın Almaniya ilə iqtisadi əməkdaşlığı, hər iki ölkənin strateji maraqları və iqtisadi inkişaf məqsədləri ilə uyğun gəlir və bu əlaqələr daha da dərinləşməkdədir. Bununla bərabər, enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye kooperasiyası Bakı–Berlin əməkdaşlığına yeni strateji məzmun qazandırır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də məhz bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişlənməsinə, yeni razılaşmaların əldə olunmasına və Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək. Həmçinin geniş Avropa kontekstində Almaniya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Avropa İttifaqının ən böyük iqtisadiyyatı və sənaye lokomotivi olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas halqalarından biridir.

Avropanın Cənubi Qafqaza marağının artdığı hazırkı geosiyasi şəraitdə Azərbaycan regionun sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin əsas təminatçılarından biri kimi çıxış edir. Məhz buna görə də Almaniya Azərbaycanı Cənubi Qafqazda etibarlı və strateji tərəfdaş kimi qiymətləndirir.

Prezident İlham Əliyevin praqmatik və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, Avropa ilə əməkdaşlığını qarşılıqlı hörmət və milli maraqlar əsasında inkişaf etdirib.

Mövcud qlobal geosiyasi dəyişikliklər yeni əməkdaşlıq formatlarının yaranmasını zəruri edir və səfər çərçivəsində imzalanan Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye kooperasiyası Bakı–Berlin əməkdaşlığına yeni strateji məzmun qazandırır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də məhz bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişlənməsinə, yeni razılaşmaların əldə olunmasına və Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə vermiş olacaq.

Bənzər Xəbərlər

Gündəm

İlham Əliyev Almaniyanın yeni səfiri Dirk Lölkeni qəbul edib

Avqust 13, 2026
Gündəm

BİQ və Qlobal Cənubun Gənclər Platforması əməkdaşlıq perspektivlərini müzakirə edib

Avqust 13, 2026
Gündəm

Çin və Tailand polisi sərhədlərarası kredit kartı fırıldaqçılığı şəbəkəsini ifşa edib

Avqust 13, 2026
Gündəm

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Avqust 13, 2026
ilham əliyev imza
Gündəm

Prezidentin Naxçıvanla bağlı vacib SƏRƏNCAMI

Avqust 12, 2026
Cəmiyyət

Cavanşir Feyziyev: “İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

Avqust 11, 2026

XƏBƏR LENTİ

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

İranda zəlzələ baş verib

14 Avqust, 26 / 15:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.