• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9093
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“COP29 zamanı əldə olunan təcrübə WUF13 çərçivəsində də özünü göstərdi”

21 May, 26 / 15:40
A A

COP29 zamanı peşəkarlığı və operativ fəaliyyəti ilə diqqət çəkən Azərbaycan mediası növbəti beynəlxalq platforma olan WUF13-də də fəallığı ilə seçilir. Forum çərçivəsində keçirilən tədbirlər, müzakirələr və beynəlxalq görüşlər yerli media tərəfindən geniş şəkildə işıqlandırılır. Azərbaycan mediası artıq qlobal tədbirlərin informasiya təminatında mühüm təcrübə formalaşdırıb.

Zefer.media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı Demokrat.az-a bir neçə gün media otağında olduğunu və jurnalistlərimizin fəaliyyətini müşahidə etdiyini deyib:

“Əlbəttə, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bir neçə baxımdan mühüm əhəmiyyət daşıyır. O cümlədən, mediamızın beynəlxalq əlaqələrinin genişlənməsi və beynəlxalq tədbirlərin işıqlandırılması istiqamətində təcrübə qazanmasında böyük rol oynayır. Şübhəsiz ki, COP29 zamanı əldə olunan təcrübə WUF13 çərçivəsində də özünü göstərdi.

Dünən Mətbuat Şurası İdarə Heyətinin bir neçə üzvü ilə birlikdə Olimpiya Stadionunda olduq, həmçinin media otağına baş çəkdik. Orada həm yerli, həm də xarici jurnalistlərlə görüşdük, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olduq. Hamı bu şəraiti razılıqla qarşıladı. Agentlik rəhbərlərindən biri bildirdi ki, “burada böyük komandamız çalışır və təkcə dünən redaksiyaya göndərdiyimiz xəbərlərin sayı 300-ü keçmişdi”. Bu, redaksiyada da böyük təəccüb doğurmuşdu”.

O qeyd edib ki, jurnalistlər olduqca fəal çalışırlar:

“Müxtəlif ölkələrdən gələn qonaqların təəssüratlarını öyrənir, gün ərzində keçirilən çoxsaylı tədbirlər barədə operativ məlumatlar hazırlayırlar. Müşahidə etdik ki, Azərbaycan jurnalistləri həqiqətən də çox aktiv fəaliyyət göstərirlər. Onlar müxtəlif dillərdə qonaqlarla müsahibələr aparırlar. Bu prosesdə həm televiziya jurnalistlərimiz, həm agentliklərin, həm də digər media qurumlarının əməkdaşları fəallıq nümayiş etdirirlər. Bu mənada, WUF13 çərçivəsində Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirirəm. Bütün jurnalistlərə əməklərinə görə ehtiramımı bildirir, təşəkkür və təbriklərimi çatdırıram”.

Bənzər Xəbərlər

Cəmiyyət

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

Oktyabr 9, 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Oktyabr 9, 2026
Cəmiyyət

Səyyar ASAN xidmət İsmayıllıda

Oktyabr 8, 2026
Cəmiyyət

Masallının bir sıra kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq

Oktyabr 7, 2026
Cəmiyyət

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Oktyabr 7, 2026
Cəmiyyət

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Oktyabr 7, 2026

XƏBƏR LENTİ

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

09 Oktyabr, 26 / 18:49

Lukaşenko Azərbaycanın MDB-yə sədrliyini üzərinə götürmək qərarını tarixi adlandırıb

09 Oktyabr, 26 / 18:40

Monteneqroda “Rıbar” layihəsinin rəhbəri saxlanılıb

09 Oktyabr, 26 / 18:31

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

09 Oktyabr, 26 / 18:25

Süni intellektlə qətl üsullarını müzakirə edən Varşava sakini yoxlamaya aparılıb

09 Oktyabr, 26 / 18:15

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

09 Oktyabr, 26 / 18:13

Afrika ölkələri Ukraynadan əsir düşən vətəndaşlarını insan alveri qurbanı kimi tanımağı tələb edir

09 Oktyabr, 26 / 18:07

“Kuba artıq süqut edib” – Tramp İran məsələsindən sonra ada ilə bağlı nə planlaşdırır?

09 Oktyabr, 26 / 17:56

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr, 26 / 14:36

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

09 Oktyabr, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.