Çin və BƏƏ hava qüvvələri Sincan Uyğur Muxtar Bölgəsində “Şahin Qalxanı 2026” adlı birgə təlimlər keçirəcək.
Zefer.media xəbər verir ki, bu barədə Çin ordusu məlumat yayıb.
“2026-cı il avqustun ikinci yarısı – sentyabrın ortalarında Çin və BƏƏ hava qüvvələri Sincan Uyğur Muxtar Vilayətinin Hotan qəzasında “Şahin Qalxanı 2026″ birgə aviasiya təlimləri keçirəcək”, – deyə açıqlamada bildirilir.
Təlimlər zamanı uçuş təlim fəaliyyətləri həyata keçiriləcək.
Qeyd olunur ki, təlimlər iştirakçı bölmələrin texniki və taktiki səviyyəsini yüksəltmək və iki ölkənin orduları arasında praktiki əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır.
Zərintac Mayisqızı




