Çin Rusiya üçün vizasız rejimi 31 dekabr 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.
Zefer.media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bu barədə mayın 20-də bildirib.
Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə belə deyib: “Çin və Rusiya arasında humanitar mübadiləni daha da sadələşdirmək üçün Çin Rusiya vətəndaşları üçün vizasız rejimi 31 dekabr 2027-ci ilə qədər uzatmaq qərarına gəlib”.
Ciakunun sözlərinə görə, adi pasportları olan Rusiya vətəndaşları Çinə 30 günə qədər vizasız gedə bilərlər. O, təşəbbüsün işgüzar səfərlərə, turizmə, qohum və dostları ziyarət etməyə, mübadilə proqramlarına və tranzitə aid olduğunu qeyd edib.
Məlumat üçün diqqətə çatdıraq ki, elə həmin gün Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə Rusiya və Çinin iki ölkə vətəndaşları üçün vizasız rejimi davam etdirəcəyini açıqlayıb.
Zərintac Mayisqızı















