Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Türkmənistanın Avaza şəhərinə gedib.
Zefer.media xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında, həmçinin Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edəcək.
Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

















