Azərbaycandan Ukraynaya ümumi dəyəri 2,5 milyon manat olan elektrik avadanlıqlarından ibarət humanitar yardım yola salınıb.
Zefer.media xəbər verir ki, yardım Azərbaycanın energetika naziri tərəfindən Prezident İlham Əliyevin 21 sentyabr 2026-cı il tarixli sərəncamı əsasında təşkil olunub.
Ukrayna tərəfinin müraciəti əsasında hazırlanan humanitar yükə kabellər, naqillər, transformatorlar və digər elektrik avadanlıqları daxil edilib.
Qəmər Kazımzadə

















