• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.9° Weather Ashburn
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

09 Oktyabr, 26 / 18:25
A A

Səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən Zefer.media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın, o cümlədən səhiyyə sahəsində həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

 

Səhiyyə naziri Teymur Musayev BMT və onun ixtisaslaşdırılmış qurumları ilə Azərbaycan arasında səhiyyə sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Nazir əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, xəstəliklərin profilaktikası və səhiyyə sisteminin davamlılığının gücləndirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

 

Teymur Musayev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə sağlamlığın və rifahın təmin edilməsinə yönəlmiş məqsədlərin Azərbaycanda həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib, səhiyyə sahəsində rəqəmsal transformasiya, müasir yanaşmaların tətbiqi, tibbi xidmətlərin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətlərində həyata keçirilən tədbirləri qeyd edib.

 

Öz növbəsində Dmitro Şlapaçenko BMT-nin Azərbaycanda səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və mövcud tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu bildirib. O, Azərbaycan Səhiyyə Nazirliyi ilə BMT qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Görüş zamanı səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Baş nazir yeni qərar imzaladı

Noyabr 6, 2026
Cəmiyyət

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

Noyabr 6, 2026
Cəmiyyət

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

Noyabr 6, 2026
Cəmiyyət

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Noyabr 5, 2026
Cəmiyyət

Bakıda güclü külək əsir

Noyabr 5, 2026
Cəmiyyət

Prezident sərəncam imzaladı

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Baş nazir yeni qərar imzaladı

06 Noyabr, 26 / 17:03

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06 Noyabr, 26 / 16:57

Rusiyanın Vladivostok şəhərində 21 mindən çox sakin istiliksiz qalıb

06 Noyabr, 26 / 16:44

Ukrayna PUA-ları Rusiyanın Taqanroq şəhərinə hücum edib

06 Noyabr, 26 / 16:37

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

06 Noyabr, 26 / 15:24

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

06 Noyabr, 26 / 13:03

Bakıda hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimi keçirilib - FOTOLAR

06 Noyabr, 26 / 11:55

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06 Noyabr, 26 / 11:29

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.