Fransa xüsusi xidmət orqanları süni intellektlə insanları öldürmə üsullarını müzakirə edən Varşava sakini barədə məlumat əldə edərək Polşadakı həmkarlarına ötürüblər.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, gecə saat 3-də polis həmin şəxsin yaşadığı ünvana gələrək onu yoxlama üçün polis bölməsinə aparıb.
Yoxlama zamanı məlum olub ki, kişi cinayət törətməyə hazırlaşmayıb, sadəcə süni intellektlə müxtəlif qətl vasitələrinin istifadəsini nəzəri cəhətdən müzakirə edib.
Pərvin Hacıyeva

















