• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9093
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Cəbrayıl rayonu Horovlu kəndində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində tədbir keçirilib

10 Oktyabr, 26 / 16:35
A A

“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” adlı layihəsini həyata keçirir. Layihənin əsas məqsədini işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası təşkil edir. Layihə işğaldan azad edilmiş Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunur.  

Zefer.media xəbər verir ki, layihənin icra planına uyğun olaraq, növbəti maarifləndirici tədbir işğaldan azad olunmuş Cəbrayıl rayonu Horovlu kəndində həyata keçirilib. Tədbiri Cəbrayıl rayonu Horovlu kənd tam orta məktəbin direktoru Zamiq Həmzəyev açaraq, qonaqları və tədbir iştirakçılarını salamlamış, Cəbrayıl rayonu, Horovlu kəndində həyata keçirilən maarifləndirmə tədbirinin vacibliyini yüksək qiymətləndirmiş, tədbirin Böyük Qayıdış prossesinə ciddi əngəl yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsiz məskunlaşması üçün xüsusi əhəmiyyətini qeyd edib. Layihə koordinatoru Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verib. “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov layihənin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin həyata keçirilməsinə dəstək xarakteri daşıdığını, rəhbəri olduğu təşkilatın mina və PSTM istiqamətində maarifləndirmə və minatəmizləmə əməliyyatı üzrə təcrübəsi haqqında məlumat verib.

Layihə üzrə təlimçi, minadan zərərçəkən, ANAMA-nın keçmiş əməkdaşı Hasil Yusubov təqdimatla çıxış edərək mina, MPQ və növləri haqda məlumat, mina mifləri, mina təhlükəsinin törətdiyi fəsadlar və acı nəticələri, mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış vərdişləri və hərəkət qaydaları, maarifləndirmə işlərinin davamlılığı mövzusunda məlumatlar verib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları tədbirin təşkil olunmasına görə “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatına, əhəmiyyətli layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fonduna minnətdarlığını bildirib, maarifləndirmə tədbirlərinin mütəmadi xarakter almasını və təhsil müəssisələrində də davamlı təşkilini xahiş ediblər.

Tədbirdə hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq və sertifikatlar təqdim olunub. Tədbirin sonunda cay-kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib. Layihə çərçivəsində növbəti maarifləndirmə tədbirlərinin Cəbrayıl və Zəngilan şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

Gündəm

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Oktyabr 9, 2026
Gündəm

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabr 9, 2026
Gündəm

Buna yol verə bilmərik

Oktyabr 9, 2026
Gündəm

Türkiyə Qran-Prisinin üçqat qalibi Felipe Massa İstanbulda – “Bu şəhəri heç vaxt unutmayacağam”

Oktyabr 8, 2026
Gündəm

Prezidentin yeni sərəncamı ilə mühüm postda əvəzlənmə oldu

Oktyabr 8, 2026
Gündəm

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Oktyabr 8, 2026

XƏBƏR LENTİ

Cəbrayıl rayonu Horovlu kəndində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində tədbir keçirilib

10 Oktyabr, 26 / 16:35

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

09 Oktyabr, 26 / 18:49

Lukaşenko Azərbaycanın MDB-yə sədrliyini üzərinə götürmək qərarını tarixi adlandırıb

09 Oktyabr, 26 / 18:40

Monteneqroda “Rıbar” layihəsinin rəhbəri saxlanılıb

09 Oktyabr, 26 / 18:31

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

09 Oktyabr, 26 / 18:25

Süni intellektlə qətl üsullarını müzakirə edən Varşava sakini yoxlamaya aparılıb

09 Oktyabr, 26 / 18:15

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

09 Oktyabr, 26 / 18:13

Afrika ölkələri Ukraynadan əsir düşən vətəndaşlarını insan alveri qurbanı kimi tanımağı tələb edir

09 Oktyabr, 26 / 18:07

“Kuba artıq süqut edib” – Tramp İran məsələsindən sonra ada ilə bağlı nə planlaşdırır?

09 Oktyabr, 26 / 17:56

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr, 26 / 14:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.