• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.9048
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Türkiyə Qran-Prisinin üçqat qalibi Felipe Massa İstanbulda – “Bu şəhəri heç vaxt unutmayacağam”

08 Oktyabr, 26 / 17:10
A A

Türkiyə Qran-Prisinin üçqat qalibi, braziliyalı keçmiş Formula 1 pilotu Felipe Massa 2027-ci ildə yarışın Türkiyəyə qayıdışı ərəfəsində İstanbulda səfərdə olub.

Massa Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin (TGA) təşkil etdiyi proqram çərçivəsində İstanbulda olub. Səfər zamanı o, F1 filmi nümayişində iştirak edib, azarkeşlərlə görüşüb və İstanbul Parka qayıdaraq burada qazandığı tarixi qələbələri xatırlayıb.

Felipe Massa İstanbul Parkda 2006, 2007 və 2008-ci illərdə keçirilən Türkiyə Qran-Prilərinin hər üçünü qazanıb. Braziliyalı pilot həmin yarışların hamısına poul-pozisiyadan başlayıb. O, Formula 1-də ilk qələbəsini də məhz 2006-cı ildə İstanbul Parkda əldə edib.

Beləliklə, Massa İstanbul Parkda keçirilən hər üç Türkiyə Qran-Prisini poul-pozisiyasından başlayaraq qazanan yeganə pilotdur.

Formula 1 karyerası ərzində 11 Qran-Pridə qalib gələn Massa 16 dəfə poul-pozisiyası əldə edib. O, 2008-ci il dünya çempionatını cəmi bir xal fərqlə ikinci pillədə başa vurub və 2017-ci ildə Formula 1 karyerasını tamamlayıb.

Səfər proqramı yalnız avtoidmanla məhdudlaşmayıb. Massa İstanbulun Tarixi Yarımadasına baş çəkərək Ayasofya, Sultanəhməd məscidi, Yerebatan Sarnıcı və Hipodromu ziyarət edib.

Keçmiş pilot, həmçinin Karaköydən başlayan VIP Boğaz turunda iştirak edib və şəhərin Avropa ilə Asiya hissələrini birləşdirən Boğaz mənzərəsində nahar edib.

Daha sonra Massa İstanbul Parka qayıdaraq xüsusi sürüş sessiyasında iştirak edib, media nümayəndələri və azarkeşlərlə görüşüb.

“İstanbul Park mənim üçün həmişə xüsusi məkan olub. Orada keçirdiyim üç ili və yaşadığım hadisələri heç vaxt unutmayacağam. İndi trasın Formula 1-ə qayıdışından əvvəl yenidən İstanbulda olmaq və uzun illərdən sonra azarkeşlərlə görüşmək mənim üçün böyük xoşbəxtlikdir”, – Massa deyib.

FORMULA 1 TURKISH GRAND PRIX 2027 yarışı oktyabrın 1–3-də İstanbul Parkda keçiriləcək.

İstanbul Park 2027-ci ildə Türkiyə Qran-Prisinə 10-cu dəfə ev sahibliyi edəcək. Felipe Massanın səfəri isə yarışın Türkiyəyə qayıdışı öncəsi ölkənin beynəlxalq tanıtım kampaniyasının bir hissəsi olub.

Bənzər Xəbərlər

Gündəm

Prezidentin yeni sərəncamı ilə mühüm postda əvəzlənmə oldu

Oktyabr 8, 2026
Gündəm

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Oktyabr 8, 2026
Gündəm

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

Oktyabr 8, 2026
Gündəm

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Oktyabr 8, 2026
Gündəm

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Oktyabr 8, 2026
Gündəm

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Oktyabr 8, 2026

XƏBƏR LENTİ

Türkiyə Qran-Prisinin üçqat qalibi Felipe Massa İstanbulda – “Bu şəhəri heç vaxt unutmayacağam”

08 Oktyabr, 26 / 17:10

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha üç oyunu keçirilib

08 Oktyabr, 26 / 17:09

Putin “General Armageddon”u Kiyevdəki körpülərə hücumlara cəlb edib?

08 Oktyabr, 26 / 17:02

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

08 Oktyabr, 26 / 16:59

Rusiya Haaqa Məhkəməsinin 9 nümayəndəsinin ekstradisiyasını tələb edib

08 Oktyabr, 26 / 16:59

Japarov Mərkəzi Asiya və Azərbaycan üçün vahid turizm marşrutu təklif edib

08 Oktyabr, 26 / 16:53

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

08 Oktyabr, 26 / 16:52

Ədəbiyyat üzrə Nobel mükafatını kanadalı yazıçı Enn Karson qazanıb

08 Oktyabr, 26 / 16:47

Prezidentin yeni sərəncamı ilə mühüm postda əvəzlənmə oldu

08 Oktyabr, 26 / 16:47

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

08 Oktyabr, 26 / 16:41

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.