Gündəm

“Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir

24 Noyabr 2026, 13:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanda qız uşaqlarının təhsil almasına münasibət, erkən nikahlar və ailələrə yönələn ideoloji təsirlər cəmiyyətin diqqət yetirməli olduğu mühüm məsələlərdəndir. Bəzi ailələrdə maddi çətinliklər yarandıqda övladların təhsili ilə bağlı seçim edilərkən qızlardan daha çox oğlanlara üstünlük verilməsi narahatlıq doğurur”.

Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” adlı konfransda çıxışı zamanı danışıb. Komitə sədri bildirib ki, hazırda ideoloji mübarizənin mühüm istiqamətlərindən biri ailələrə və gənclərə təsir göstərməkdir. Bu prosesin Azərbaycan cəmiyyəti üçün yaratdığı risklərə diqqət çəkən H.Hüseynova Prezident İlham Əliyevin dəfələrlə bu məsələnin aktuallığını vurğuladığını, maarifləndirmə fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd etdiyini xatırladıb.

Onun sözlərinə görə, xüsusilə ailələrin maddi imkanları məhdud olduqda uşaqların təhsili ilə bağlı qərarlarda oğlanlara üstünlük verilməsi halları ilə qarşılaşılır: “Özəl təhsil müəssisələrində oxumaq xərclərinin yüksək olması belə yanaşmanın daha qabarıq ortaya çıxmasına səbəb olur. Bununla yanaşı, qızların təhsildən kənarda qalmasının qarşısının alınması, onların bilik və bacarıqlarına uyğun peşə seçməsi, gələcəkdə əmək bazarında yer tutması üçün müvafiq dəstək proqramları həyata keçirilir”.

H.Hüseynova erkən nikah probleminin də diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb: “Bu halların yaranma səbəbləri dərindən araşdırılmalı, məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600