Dünya

Bu ölkənin müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

13 May 2026, 18:170
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Litva müdafiə naziri Robertas Kaunas Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ortaq Aİ ordusunun yaradılması təşəbbüsünə qarşı çıxıb.

Zefer.media xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. Litvalı nazir həmkarlarını Avropa ordusu və NATO alyansını təkrarlayan digər formatlar haqqında danışmağa enerji sərf etməməyə çağırıb.

“Biz bütün NATO ölkələrinin və eyni zamanda, bütün Avropanın hərbi imkanlarının gücləndirilməsinə və hazırlığına diqqət yetirməliyik. Bu, bizə məhdud resursları daha yaxşı əlaqələndirmək və onlardan səmərəli şəkildə istifadə etmək imkanı verəcək”, – deyə Robertas Kaunas bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600