Dünya

Bu ölkədə hökumətdən hava hücumundan müdafiə sistemini gücləndirmək üçün əlavə maliyyələşdirmə istənilib

20 Avqust 2026, 16:032
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Hökumət artan təhlükə vəziyyəti səbəbindən hava hücumundan müdafiə sistemini gücləndirmək niyyətində olduğunu açıqlayıb”.

Zefer.media xəbər verir ki, bu haqda İsveçrənin ictimai yayımçısı SRF-in verdiyi məlumatda deyilir.

Bəyanatda həmin məqsədlə parlamentdən əlavə 970 milyon İsveçrə frankı tələb olunduğu bildirilir və əlavə olunur: “Bu vəsait silahların çatdırılma tarixlərini təmin etmək üçün əvvəlcədən ödənişlər etmək üçün istifadə olunacaq. Xüsusilə, qısa mənzilli yerüstü hava hücumundan müdafiə üçün 250 milyon İsveçrə frankı və orta mənzilli yerüstü hava hücumundan müdafiə üçün 650 milyon İsveçrə frankı ayrılıb.”

Bəyanatda həmçinin radar və mini-dron müdafiə sistemlərinə 70 milyon İsveçrə frankının investisiya qoyulacağı qeyd olunur, istehsalçıların getdikcə daha çox əvvəlcədən ödəniş tələb etdiyi və bu ödənişlər olmadan çatdırılmaların illərlə gecikdirilə biləcəyi söylənilir.

970 milyon franklıq kreditin korporativ vergilərdən əldə edilən gəlirlərin artması və federal hökumət üçün gəlir proqnozlarının yaxşılaşdırılması sayəsində maliyyələşdirilə biləcəyi də vurğulanır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600