Dünya

Bu ölkə Ukraynaya zirehli maşınlar göndərəcək

22 Aprel 2026, 16:223
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya xeyli sayda zirehli maşın göndəriləcəyini qeyd olunub.

Zefer.media xəbər verir ki, bu barədə nazirliyin mətbuata açıqlamasında bildirilib.

Krallığın Müdafiə Nazirliyinin rəhbəri hazırda Kiyevdə səfərdədir. Robles Madridin Kiyevə dəstəyini nəzərdə tutaraq deyib ki, “Ukrayna artıq İspaniyanın bir hissəsidir”. Səfər zamanı nazir xeyli sayda taktiki zirehli maşın tədarük olunacağını elan edib. İlk partiyanın may ayının əvvəlində göndərilməsi gözlənilir. Tədarükə, həmçinin döyüş sursatı da yer alacaq.

Nazirliyin məlumatında o da əks olunub ki, İspaniyada təlim keçmiş Ukrayna hərbçilərinin sayı 9 mini ötmək üzrədir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600