Bolqarıstanın Tryavna şəhəri yaxınlığındakı silah fabrikindəki sursat anbarında yanğın və partlayış baş verib.
Zefer.media ilkin məlumatlara əsasən xəbər verir ki, hadisəyə yük maşınının yanması səbəb olub.
Hadisə yerinə yanğınsöndürənlər və polis gəlib. Ərazi mühasirəyə alınıb.
Rəsmilərin məlumatına görə, heç kim xəsarət almayıb və təxminən 300 nəfər təxliyə edilib.
Qeyd olunur ki, fövqəladə hadisə tanınmış iş adamı Emilian Gebrevin şirkəti olan EMCO-ya məxsus bir şirkətdə baş verib.

Zərintac Mayisqızı

















