Dünya

Bu ölkədə zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

18 İyun 2026, 17:422
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Zefer.media xəbər verir ki, bu barədə “GMA news” Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şuranın (NDRRMC) hesabatına istinadən məlumat yayıb.

Həmçinin, 1,4 milyondan çox insan və ya 346 mindən çox ailə zərər çəkib.

Zəlzələ nəticəsində 74 657 ev zədələnib, o cümlədən 13 681 ev tamamilə, 60 976 ev isə qismən dağılıb. Həmçinin 770-dən çox infrastruktur obyekti zədələnib, dəymiş ziyan 148 milyon Filippin pesosu (2,4 milyon dollardan çox) məbləğində qiymətləndirilir.

Seysmoloqlar zəlzələdən sonra 7 461 afterşok qeydə alıblar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600