Bu gün Bəhreyn Ali Cinayət Məhkəməsi SEPAH ilə kəşfiyyat əməkdaşlığı ittihamı ilə bir qadını ömürlük həbs cəzasına məhkum edib.
Zefer.media xəbər verir ki, bu barədə “Bahrain Daily Tribune” qəzeti bildirib.
Belə ki, qadın Bəhreynin milli təhlükəsizliyinə zərər vurmaq məqsədilə ölkədəki həyati əhəmiyyətli obyektlərin və strateji yerlərin şəkillərini çəkərək sosial mediada yaymaqda ittiham olunur.
Məlumata əsasən, o, habelə, İran hökumətini tərifləyən məzmun paylaşmaqda və İslam Respublikasının Bəhreynə hücumlarına aid görüntüləri yaymaqda günahlandırılıb.
Zərintac Mayisqızı

















