Tailand İranla Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidi ilə bağlı razılıq əldə edib.
Zefer.media xəbər verir ki, bunu Tailandın baş naziri Anutin Çarnvirakul bildirib.
Baş nazirin sözlərinə görə, həmin razılaşma yanacaq idxalı ilə bağlı narahatlıqları azaltmağa və enerji təchizatının davamlılığına inamı artırmağa kömək edəcək. O söyləyib ki, əldə olunan anlaşma mart ayının əvvəlində baş verən fasilələrin təkrarlanma ehtimalını da azalda bilər.
Məlumata görə, daha öncə Tailanda məxsus bir yük gəmisi Hörmüz boğazında SEPAH tərəfindən hücuma məruz qalıb və üç heyət üzvü itkin düşüb.
Anutin Çarnvirakul vurğulayıb ki, hökumət böhranın vətəndaşlara təsirini minimuma endirmək üçün siyasətini mövcud şəraitə uyğunlaşdırmağa davam edəcək.
Zərintac Mayisqızı

















