• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Bu gün həm silahın, həm də sözün gücü ilə cəbhədə olan Bəhruz Məmmədzadənin doğum günüdür 

01 İyun, 26 / 0:33
A A
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100?

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100?

Bu gün ömrünü Vətənin müdafiəsinə, dövlətçilik ideallarının təbliğinə və ictimai fəaliyyətə həsr etmiş dəyərli ziyalımız, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin doğum günüdür.

1981-ci il iyunun 1-də Masallı rayonunun Sığıncaq kəndində doğulan Bəhruz Məmmədzadə hələ gənc yaşlarından həyatını hərbi xidmətə və ölkəmizin suverenliyinin qorunmasına bağlayıb. O, 2003-2021-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ən elit bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrdə şərəfli və örnək bir xidmət yolu keçib.

44 günlük Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə olan və Şuşayadək qəhrəmanlıq dastanı yazan Bəhruz Məmmədzadə, Şuşanın düşməndən azad edilməsi uğrunda gedən ağır döyüşlərdə yaralanıb. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və göstərdiyi xüsusi şücaətlərə görə o, müxtəlif dərəcəli 16 hərbi medalla təltif edilib.

2021-ci ildən ehtiyatda olan Bəhruz Məmmədzadə hərbi xidməti başa vursa da, Vətənə xidmət missiyasını ictimai və media sahəsində böyük fədakarlıqla davam etdirir. Hazırda “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri kimi qazi və şəhid ailələrinin hər zaman yanında olan Bəhruz Məmmədzadə, həm də ölkənin media mühitində ciddi nüfuz sahibidir. Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilməsi onun ictimaiyyət və media cameəsi tərəfindən qazanılmış böyük etimadının göstəricisidir.

Onun hər zaman vurğuladığı “Vətənə xidmət peşəsindən asılı olmayaraq hər bir vətəndaşın borcudur” fəlsəfəsi bu gün həm yeni nəsil, həm də peşəkar media nümayəndələri üçün əsl vətənpərvərlik örnəyidir.

Zefer.media kollektivi olaraq, fəaliyyəti ilə hər zaman cəmiyyətə dürüstlük və peşəkarlıq nümunəsi göstərən Bəhruz Məmmədzadəni 45 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür və həm hərbi, həm də ictimai sahədə dövlətimizə, millətimizə xidmət etdiyi bu şərəfli yolda yeni-yeni uğurlar arzulayırıq!

Bənzər Xəbərlər

Gündəm

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

Noyabr 6, 2026
Cəmiyyət

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

Noyabr 6, 2026
Manşet

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

Noyabr 6, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Siyasət

İlham Əliyev onlara müraciət ünvanladı

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Russell Brand barəsində yeni ittihamların irəli sürülməsi istisna edilmir

06 Noyabr, 26 / 21:02

Fransada avtobus qəzası: iki nəfər ölüb, yaralılar var

06 Noyabr, 26 / 20:55

“Tesla Cybertruck”ın istehsalı dayandırıla bilər

06 Noyabr, 26 / 20:46

“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır” – Burhanettin Duran

06 Noyabr, 26 / 20:36

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.