Dünya

“Bölgədə İsrailin ABŞ koordinasiyası olmadan hərəkət etdiyinə inanan yoxdur”

8 İyun 2026, 11:351
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ-nin İsrailin hücumlarında iştirak etmədiyi barədə açıqlamaları təkzib edib.

Zefer.media xəbər verir ki, o bildirib:

“Regionda İsrailin istənilən hərəkətinin ABŞ ilə əvvəlcədən koordinasiya və əməkdaşlıq olmadan həyata keçirildiyinə heç kim inanmır”.

Bəqayi qeyd edib ki, İsrailin ABŞ-ni nəzərə almadan və ya onun mövqeyinə qarşı çıxaraq əməliyyatlar həyata keçirməsi ilə bağlı iddialar müzakirə oluna bilər, lakin ümumi vəziyyət fərqli göstərir.

Sözçünün ifadə etdiyinə görə, ABŞ-nin Mərkəzi Komandanlığı İsraillə müdafiə və hücum sahələrində koordinasiyalı fəaliyyət aparır.

Bəqayi ABŞ-ni 8 aprel atəşkəsinin tərəfi kimi məsuliyyət daşımaqda ittiham edib və bölgədə baş verən gərginliyin artmasına görə Vaşinqtonun cavabdeh olduğunu diqqətə çatdırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600