Dünya

Ben Qurion hava limanındakı İsrail hədəflərinə pilotsuz təyyarələrlə zərbələr endirilib – İran ordusu

4 Aprel 2026, 18:531
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ordusu Ben-Qurion hava limanındakı İsrail hədəflərinə pilotsuz təyyarələrlə zərbələr endirdiyini iddia edib.

Zefer.media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İranın dövlət televiziyasının verdiyi açıqlamada deyilir: “Bu səhər İran İslam Respublikası ordusunun cəsur döyüşçüləri, ordular (ABŞ və İsrail – red.) tərəfindən sevimli İranımıza qarşı Ben-Qurion Hava Limanından davamlı istifadə edilməsi səbəbindən və Amerika-sionist düşmənin cinayətlərinə və təcavüzünə cavab olaraq, bu hava limanındakı sionist rejimin yeni müşahidə qülləsinə, 1 və 2 terminallarının müşahidə qüllələrinə, naviqasiya sistemlərinə, antenalarına və radarlarına tammiqyaslı pilotsuz təyyarə hücumu həyata keçiriblər”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600