Gündəm

Bəhruz Məmmədzadə yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

16 Oktyabr 2026, 21:2011
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan jurnalistlərinin IX Qurultayında keçirilən səsvermənin nəticələrinə əsasən, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.  

​Aparılan səsverməyə əsasən, “Zefer.media” informasiya portalının rəhbəri, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, ehtiyatda olan xüsusi təyinatlı qazi Bəhruz Məmmədzadə yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

​Qeyd edək ki, Vətən müharibəsində Şuşayadək şərəfli döyüş yolu keçmiş Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə həm media sahəsində, həm də şəhid ailələrinin, qazi və veteranların sosial-ictimai problemlərinin işıqlandırılması, onların səsinin ictimaiyyətə dürüst çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

​Bu mühüm etimad münasibətilə təşkilatımızın sədri Bəhruz Məmmədzadəni təbrik edir, Azərbaycan mediasının inkişafı və dövlətçilik maraqlarımızın təbliğindəki məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600