Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması müqabilində enerji atəşkəsi təklif etdiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, ABŞ-yə tam enerji atəşkəsi, yaxud qismən atəşkəs təklif edib. Lakin amerikalılar Moskvanın bu təkliflə razılaşmaq istəmədiyini bildiriblər.
Bundan sonra Ukrayna lideri neft emalı zavodlarına zərbələr dayandırıldığı müddətdə enerji infrastrukturunu qorumaq üçün ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üzrə ələkeçirici raketlər istəyib. Bu müraciət də rədd edilib.
Zelenski ABŞ-lə danışıqların davam etdiyini və yaxın günlərdə görüşün keçirilməsi barədə razılığa gəlməli olduqlarını qeyd edib.
Qəmər Kazımzadə

















