Xarici xəbərlər

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr 2026, 21:383
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İstanbulda Ermənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə Türkiyəni xarici işlər nazirinin müavini Berris Ekinci təmsil edib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, “Agos” nəşrinin məlumatına görə, oktyabrın 14-də keçirilən qəbulda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç, diplomatlar və erməni icmasının nümayəndələri də iştirak ediblər.

Ermənistan tərəfi tədbiri Ankara ilə İrəvan arasında yaxınlaşmanın rəmzi kimi qiymətləndirib.

Berris Ekinci isə Türkiyənin münasibətlərin tam normallaşdırılması kursunu davam etdirdiyini bildirib. Bu prosesə ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişafı da daxildir.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600