Türkiyə iqtisadiyyatının 2026-cı ili 3,3 faiz, 2027-ci ili isə 4,2 faiz iqtisadi artımla başa vuracağı proqnozlaşdırılır.
Zefer.media xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 2026-cı il üzrə iqtisadi gözləntiləri açıqlayıb.
Onun sözlərinə görə, sentyabrda 30 faizdən aşağı düşən inflyasiyanın ilin sonunda 28,4 faiz olacağı gözlənilir. 2027-ci ilin sonunda isə istehlak inflyasiyasının 21 faizə enəcəyi proqnozlaşdırılır. Orta müddətdə məqsəd inflyasiyanı davamlı olaraq birrəqəmli səviyyəyə endirməkdir.
Yılmaz gələn il Türkiyənin milli gəlirinin 111 trilyon lirəyə çatacağını gözlədiklərini bildirib.
2027-ci il üçün dövlət büdcəsi xərclərinin 27 trilyon 276 milyard lirə, gəlirlərinin isə 23 trilyon 408 milyard lirə olacağı proqnozlaşdırılır.
Vitse-prezident qeyd edib ki, mərkəzi büdcə xərclərinin 13,7 faizi təhsilə ayrılacaq. Ali təhsil də nəzərə alınmaqla, bu sahəyə yönəldilən vəsait 3 trilyon 747 milyard lirəyə çatacaq.
Bundan əlavə, sosial mənzil layihələrinin maliyyələşdirilməsinə ayrılan vəsait ötən illə müqayisədə 150 faiz artırılaraq 250 milyard lirəyə çatdırılıb.
Qəmər Kazımzadə

















