Cəmiyyət

Bakıda maşını xarab olan sürücü həbs olundu

15 Oktyabr 2026, 13:592
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakıda ictimai yerdə asayişi pozan şəxs həbs olunub.

 Zefer.media Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Poladəritmə” zavodunun yanında qeydə alınıb.

35 yaşlı Süleyman Cabbarov (şərti adla) qeyd olunan ərazidə ucadan söyüşlər söyərək, xırda xuliqanlıq əməli törədib. Ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, irad bildirib və əməllərini dayandırmasını desələr də, Süleyman qanuni tələbə məhəl qoymayıb. Nəticədə, Süleyman saxlanılaraq, barəsində protokol tərtib olunub.

S.Cabbarov ifadəsində bildirib ki, maşını xarab olduğu üçün əsəbindən söyüş söyüb. O, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Süleyman Cabbarov bir ay müddətinə inzibati qaydada həbs olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600