Alufar IRONMAN 70.3 Baku yarışının keçirilməsi ilə əlaqədar sentyabrın 4-ü saat 21:00-dan sentyabrın 5-i saat 16:00-dək Bakının bir sıra yollarında hərəkət müvəqqəti məhdudlaşdırılacaq.
Zefer.media xəbər verir ki, məhdudiyyətlər M2 və M3 avtomobil yollarının bəzi hissələrinə, o cümlədən Lökbatan dairəsindən şəhər mərkəzi istiqamətinə gedən yola şamil olunacaq.
Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Sentyabrın 5-də keçiriləcək yarışda 62 ölkədən 1500-dən çox idmançının iştirakı gözlənilir.

















