Bərdə rayonunun Qarağaclı kəndində 40 yaşlı kişinin meyiti tapılıb.
Zefer.media xəbər Oxu.Az-a istinadən xəbər verir ki, Araşdırma zamanı meyitin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu müəyyən edilib.
Onun nəşi yaşadığı evdə aşkarlanıb.
Qeyd edək ki, kişinin ölüm səbəbi hələlik məlum deyil.




