• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

Bələdiyyələrlə əlaqədar 14 cinayət işi açıldı

09 Fevral, 26 / 14:39
A A

Bələdiyyələrlə əlaqədar cinayət işlərinin sayı açıqlanıb.

Zefer.media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)” əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya, habelə ümumilikdə hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.

Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb. O cümlədən:

– Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılmış və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;

– Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

– Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb;

– Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

– Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

– Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və s.

Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. bələdiyyələrinin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Bənzər Xəbərlər

Hadisə

Maşın yararsız hala düşsə də, özü yüngül yaralandı

Sentyabr 11, 2026
Hadisə

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb

Sentyabr 10, 2026
Hadisə

Sumqayıtda avtomobil işıq dirəyini aşırıb

Sentyabr 8, 2026
Hadisə

Güclü külək Bakı-Quba yolunda ağacı aşırıb, hərəkət qismən məhdudlaşıb

Sentyabr 7, 2026
Hadisə

Sükan arxasında yuxuladı, “Toyota”nı aşırdı

Sentyabr 7, 2026
Hadisə

Salyanda ağır qəza - 5 nəfər xəsarət aldı

Sentyabr 3, 2026

XƏBƏR LENTİ

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

Putin Trampın Zelenskiyə neft emalı zavoduna hücum etməmək çağırışı ilə bağlı açıqlama verdi

14 Sentyabr, 26 / 16:26

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

14 Sentyabr, 26 / 16:23

90 minə yaxın təhsil işçisinin maaşı artacaq

14 Sentyabr, 26 / 16:21

Bəqayi: “İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli yoxdur”

14 Sentyabr, 26 / 15:04

Bakı metrosunda intervallar bu tarixdə azaldılır

14 Sentyabr, 26 / 14:16

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

14 Sentyabr, 26 / 13:31

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək

14 Sentyabr, 26 / 13:30

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

14 Sentyabr, 26 / 13:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.