Hərbi

Azad edilmiş ərazilərdə daha 203 mina, 796 PHS aşkarlanıb

23 Fevral 2026, 13:155
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.02.2025 – 22.02.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Zefer.media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 175 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 796 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1.616,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600