• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.4° Weather Columbus
$
1.7
€
1.9023
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

"Azərbaycanın təhlükəsizliyi, iqtisadiyyatı Avropa Şurasından asılı deyil" - AÇIQLAMA 

13 İyul, 26 / 13:30
A A

“Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”. Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezidentin fikirlərini şərh edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Zefer.media-ya açıqlamasında bildirib ki , Azərbaycan Prezidentinin Avropa Şurası ilə bağlı belə bir bəyanat səsləndirməsi gözlənilən idi:

“Son illərdə Avropa Şurası və Avropa Parlamenti Azərbaycanın maraq və siyasətinə uyğun olmayan yanaşmalar nümayiş etdirir. Xüsusilə ikili standartlar əsasında qəbul edilən qərarlar Azərbaycanda Avropa institutlarına olan etimadı ciddi şəkildə sarsıdıb. Bir çox hallarda bu qurumların ölkəmizə münasibəti məhz ikili standart prinsiplərinə söykənir. Bu səbəbdən Azərbaycanın Avropa strukturları ilə getdikcə məsafə yaradan siyasəti mövcud şəraitin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan dəfələrlə Avropa qurumlarının qəbul etdiyi qərarların yanlış olduğunu və islahatlara ehtiyac duyulduğunu bəyan etsə də, qarşı tərəf münasibətləri daha da gərginləşdirən siyasət yürütməkdə davam edir. Hazırda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti fəaliyyətini dayandırsa da, AŞPA-da ölkə ilə bağlı müzakirələr Azərbaycan nümayəndələrinin iştirakı olmadan davam etdirilir. Halbuki ilk növbədə nümayəndə heyətinin fəaliyyətinin bərpası üçün addımlar atılmalı idi. Əksinə, Azərbaycana qarşı sərt ritorika davam etdirilir”.

Həmçinin müsahibimiz Azərbaycanın təhlükəsizliyi, iqtisadiyyatı və gündəlik həyatının Avropa Şurasından asılı olmadığını da qeyd edib:

“Bu baxımdan Prezidentin bugünkü bəyanatını Avropa strukturlarına ünvanlanan ciddi siyasi mesaj və xəbərdarlıq kimi qiymətləndirmək olar. Bu açıqlama həm rəsmi Bakının, həm də Azərbaycan cəmiyyətinin Avropa qurumlarının yanaşmasından narazı olduğunu göstərir. Eyni zamanda Prezident Azərbaycanın gələcəkdə Avropa Şurasından çıxmaq kimi addımı real şəkildə nəzərdən keçirə biləcəyinə işarə edir. Ona görə də Avropa strukturları münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq addımlardan çəkinməli və vəziyyətin normallaşdırılması üçün səylər göstərməlidirlər. Reallıq ondan ibarətdir ki, Azərbaycanın təhlükəsizliyi, iqtisadiyyatı və gündəlik həyatı Avropa Şurasından asılı deyil. Bu səbəbdən də Azərbaycan Avropa strukturlarını tərk edərsə, ölkə daxilində bunun ciddi təsiri hiss olunmaya bilər. Əksinə, belə bir ssenari ilk növbədə Avropa qurumlarını narahat etməli və onları Azərbaycanla münasibətlərə yenidən baxmağa sövq etməlidir”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Gündəm

Əli Kərimlinin məhkəməsi başlayıb

Noyabr 3, 2026
Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Siyasət

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Oktyabr 31, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Siyasət

Ceyhun Bayramov TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxış edib – Foto

Oktyabr 30, 2026

XƏBƏR LENTİ

Əli Kərimlinin məhkəməsi başlayıb

03 Noyabr, 26 / 12:19

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.