• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanda keçiriləcək şəhər forumunun əsas hədəfləri - Açıqlama

04 Aprel, 26 / 9:49
A A

Son illərdə şəhərsalma və memarlıq sahəsində “ağıllı” və “yaşıl” şəhər konsepsiyaları qlobal gündəliyin əsas mövzularından birinə çevrilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşviq olunan bu yanaşmalar insanların daha sağlam, komfortlu və ekoloji baxımdan təmiz mühitdə yaşamasını hədəfləyir. Məhz bu baxımdan, 2026-cı ilin may ayında Azərbaycanda keçiriləcək beynəlxalq şəhər forumu həm mövcud problemlərin müzakirəsi, həm də gələcək üçün innovativ həllərin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Məsələylə bağlı Zefer.media – ya açıqlama verən professor, yaşıl şəhər konsepsiyalar müəllifi, memar Cahid Həsənov bu platformanın qlobal memarlıq trendlərinin və müasir şəhərsalma çağırışlarının vahid müstəvidə birləşdiyi strateji bir addım olduğunu qeyd edib :

” Beynəlxalq şəhər forumu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən təklif olunan yeni dövr üçün memarlıq və şəhərsalmada hansı istiqamətlərin əsas götürülməli olduğu sualına verilmiş cavab kimi çıxış edir və bu günədək mövcud problemlərin növbəti mərhələdə həllinə yönəlmiş mühüm addım hesab olunur. Azərbaycan artıq belə bir beynəlxalq və mötəbər tədbirə qoşulmuşdur.

Bu tədbirdə insan amilinin yaşayış komfortu əsas müstəvidə götürülür. İstər ekoloji, istər yaşıllıq, istərsə də ümumi rahatlıq baxımından yanaşdıqda, bütün məsələlər memarlıq və şəhərsalmaya bağlanır. Bu, yazılmamış qanun kimi əsrlər boyu formalaşmış bir reallıqdır.

Yeni dövrün tələbi ondan ibarətdir ki, insanlar “ağıllı şəhər”, “yaşıl şəhər”, “yaşıl kənd” və “yaşıl məhəllə” prinsiplərinə uyğun, oksigenlə zəngin mühitdə yaşasınlar. Bu məqsədlə forumun əsas müzakirə mövzularından biri yaşıllıq zolaqlarının artırılması və binalar arasında yaşayan sakinlər üçün təbii havalandırmanın təmin edilməsidir. Bununla yanaşı, yaşayış binalarında təbii işıqlanma da təmin olunmalı, ətraf mühit ekoloji cəhətdən təmiz saxlanmalı və həyətlərdə yaşıllıq sahələri yaradılmalıdır.

Keçmişdə, xüsusilə sovet dövründə, insanlar yaşadıqları ərazilərdən uzaq məsafələr qət edərək nadir hallarda istirahət zonalarına gedə bilirdilər. Hazırda isə bu yanaşma dəyişmiş, hər rayonda parklar və yaşıllıq sahələri salınmışdır. Yeni mərhələdə isə məqsəd bu yaşıllıq zolaqlarını birbaşa yaşayış məhəllələrinə gətirməkdir. Bu isə o deməkdir ki, insanlar gündəlik həyatlarında, işdən sonra öz məhəllələrində təmiz hava ilə təmin olunan, ekoloji baxımdan sağlam mühitdə istirahət edə biləcəklər”.

Professor forumun yeni texnologiya və investisiya üçün önəmli olduğunu vurğulayıb: ” Belə bir beynəlxalq forumun Azərbaycanda keçirilməsi ölkədə yeni texnologiyaların tətbiqi və xarici investorların cəlb olunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlər beynəlxalq əməkdaşlıq üçün platforma yaradır, müxtəlif ölkələrdən investorların Azərbaycana marağını artırır və ekoloji nəqliyyat vasitələri də daxil olmaqla müxtəlif sahələrə investisiya qoyuluşunu stimullaşdırır.

Eyni zamanda, bu proses turizmin inkişafına da müsbət təsir göstərir, yeni turizm məkanlarının formalaşmasına zəmin yaradır və Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirir. Bu istiqamətdə artıq dövlət tərəfindən konkret addımlar atılmışdır. Belə ki, Bakı şəhərinin uzun illər əvvəl qurulmuş su-kanalizasiya sisteminin yenidən qurulması dövlət proqramına daxil edilmiş və icrasına başlanılmışdır. Bu isə ekoloji mühitin yaxşılaşdırılması baxımından memarlıq və şəhərsalmanın ayrılmaz hissəsi hesab olunur.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə də artıq “yaşıl şəhər” və “ağıllı şəhər” konsepsiyalarına uyğun işlər baş plan əsasında həyata keçirilir. Məhz belə bir beynəlxalq tədbirin bu dövrdə keçirilməsi həmin ərazilərdə aparılan quruculuq işlərinin dünya standartlarına uyğun şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Dünyanın aparıcı memarları, mühəndisləri və müvafiq qurumları bu prosesə cəlb olunaraq daha mükəmməl, əsaslandırılmış və innovativ layihələrin hazırlanmasına töhfə verə bilərlər.

Nəticə etibarilə, bu forumun keçirilməsi gələcək dövrdə tam təmiz, səliqəli, ekoloji baxımdan sağlam, yaşıllıq zolaqları ilə zəngin və hətta məhəllə səviyyəsində belə yaşıl sahələri olan yaşayış məkanlarının formalaşdırılmasının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

142 nömrəli marşrutun avtobusları yenilənir

Aprel 30, 2026
Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026
Manşet

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

Aprel 30, 2026
Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

Aprel 29, 2026
Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026

XƏBƏR LENTİ

142 nömrəli marşrutun avtobusları yenilənir

30 Aprel, 26 / 14:31

Qəzzaya gedən yardım gəmiləri Yunanıstan yaxınlığında saxlanıldı

30 Aprel, 26 / 14:24

“Buşehr AES layihəsini davam etdirəcəyik”

30 Aprel, 26 / 14:21

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

30 Aprel, 26 / 14:18

Rusiya Silahlı Qüvvələri Korçakovka və Novoaleksandrivka üzərində nəzarəti ələ keçirib

30 Aprel, 26 / 14:15

Trampın paylaşımı müzakirə yaratdı: “Hörmüz = Tramp boğazı”

30 Aprel, 26 / 13:15

“ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir”

30 Aprel, 26 / 13:12

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

30 Aprel, 26 / 8:21

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.