• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.9° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00
A A

​30 aprel Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biridir. Bu gün Azərbaycan Ordusunun qürur mənbəyi, düşmənin qorxulu yuxusu olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümüdür. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə əsası qoyulan bu birlik, ötən illər ərzində sadəcə bir hərbi bölmə deyil, yenilməzlik rəmzinə çevrilib.

Sözügedən qurumun formalaşmasında Birinci Qarabağ müharibəsi zamanı xüsusi əməliyyatlarda iştirak etmiş peşəkar zabitlərin təcrübəsi əsas götürülüb. Yarandığı gündən etibarən Türkiyə Silahlı Qüvvələrinin “Bordo Berelilər” bölmələri ilə sıx əməkdaşlıq çərçivəsində inkişaf edən XTQ, bu gün dünyanın ən yüksək döyüş qabiliyyətli xüsusi bölmələri sırasında yer alıb.

Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələri (XTQ) bir çox xarici ölkələrin xüsusi təyinatlı bölmələri ilə sıx əməkdaşlıq edir, birgə təlimlər keçirir və təcrübə mübadiləsi aparır. Əsas əməkdaşlıq edilən ölkələr qeyd etdiyimiz kimi Qardaş Türkiyədir. Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə müntəzəm olaraq birgə təlimlər (məsələn, “Anadolu Qartalı”, “Qış təlimləri”) keçirilir. Pakistan da XTQ-nin təlim və təcrübə mübadiləsi sahəsində aktiv tərəfdaşıdır. Daha sonra Qazaxıstan və Özbəkistan: Orta Asiya ölkələri ilə hərbi əməkdaşlıq çərçivəsində, xüsusən “Üç Qardaş” və digər çoxtərəfli formatlarda birgə təlimlər baş tutur. Habelə siyahıda

ABŞ, Rumıniya kimi dövlətlər yer alır. O cümlədən Azərbaycan XTQ-si “Combined Resolve” və digər beynəlxalq təlimlərdə iştirak edərək NATO standartlarına uyğunlaşma və döyüş qabiliyyətini artırma istiqamətində işlər aparır. Nailiyyətləri, iş istiqamətləri saymaqla bitməz…

​XTQ-nin döyüş salnaməsi Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə həkk olunub. 2016-cı ilin Aprel döyüşlərində düşmənin ön müdafiə xəttinin yarılmasında və strateji yüksəkliklərin azad edilməsində bu bölmələr həlledici rol oynayıb. Lakin XTQ-nin əsl gücü və peşəkarlığı xüsusilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində bütün dünyaya qürurla nümayiş etdirildi. Cəbrayıl, Hadrut, Füzuli və digər rayonların azad edilməsində iştirak edən məğlubedilməz döyüşçülər , xüsusilə Şuşa əməliyyatı ilə dünya hərb elmini heyrətə saldılar. Sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla və əlbəyaxa döyüşlərlə strateji şəhəri azad etmələri müasir müharibə tarixində bənzəri olmayan bir qəhrəmanlıq dastanıdır!

​Müasir texnoloji vasitələr, ən yeni nəsil atıcı silahlar və pilotsuz uçuş aparatları ilə təchiz olunan XTQ mənsubları olduqca çətin seçim mərhələlərindən və təlimlərdən keçirlər. Kursantların dözümlülüyünü yoxlayan “Cəhənnəm həftəsi” və müxtəlif iqlim şəraitlərinə uyğunlaşdırılmış kurslar bu döyüşçüləri istənilən tapşırığı icra etməyə hazır vəziyyətə gətirir. Bu gün xüsusi təyinatlılarımız təkcə hərbi güc deyil, həm də dövlətin sarsılmaz iradəsinin və xalqın qələm qələbə əzminin əsas simvoludur. 30 aprel tarixi bu fədakar hərbçilərin peşə bayramı olmaqla yanaşı, Azərbaycanın hərbi qüdrətinin nümayiş olunduğu mühüm, əlamətdar bir tarixdir.

Ölkəmiz çox sahədə olduğu kimi ordu quruculuğunda da dünyaya DƏRS keçir!

Yaranışının hər il ildönümündə Zəfər ruhun daim olsun, qalib Azərbaycanın polad biləyi!

Bənzər Xəbərlər

Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026
Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

Aprel 29, 2026
Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026
Manşet

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Aprel 29, 2026
Manşet

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

Aprel 29, 2026
Cəmiyyət

Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, qürur mənbəyisiniz - XTQ mənsubu 

Aprel 29, 2026

XƏBƏR LENTİ

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

29 Aprel, 26 / 20:18

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

29 Aprel, 26 / 18:30

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

29 Aprel, 26 / 18:28

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

29 Aprel, 26 / 18:27

Ərəb ölkələri HƏMAS-ın tərksilah planını hazırlayır

29 Aprel, 26 / 18:24

Aİ-dən Ukraynaya ilk 6 milyard avroluq müdafiə paketi

29 Aprel, 26 / 18:22

İran nefti Çinə dəmir yolu ilə ixrac etməyə çalışır

29 Aprel, 26 / 18:13

Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, qürur mənbəyisiniz - XTQ mənsubu 

29 Aprel, 26 / 18:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.