Rusiyanın “Rosatom” dövlət korporasiyası İranda Buşehr Atom Elektrik Stansiyası (AES) layihəsinin davam etdiriləcəyini açıqlayıb.
Zefer.media xəbər verir ki, bu barədə “IRIB News” məlumat yayıb.
Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Rosatom layihəyə sadiq qalır və işlərin bərpası planlaşdırılır.
Onun sözlərinə görə, Rusiyalı mütəxəssislərin stansiyaya qayıdışı “hərbi vəziyyət imkan verdiyi halda mümkün qədər tez” baş tuta bilər.
Xatırladaq ki, daha əvvəl Rosatom-un rəhbəri Aleksey Lixaçev də İran tərəfinin Buşehr AES-də yeni blokların tikintisinin tezliklə bərpasını istədiyini bildirmişdi. Qeyd edək ki, 15 apreldə Rusiyanın İsfahandakı baş konsulu stansiyada çalışan 600-dən çox rus işçinin təhlükəsizlik səbəbilə təxliyə edildiyini açıqlamışdı.
Zərintac Mayisqızı

















