• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.9097
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycan texnoloji transformasiyanı sürətləndirir

04 İyul, 26 / 17:23
A A

Rəqəmsal texnologiyalar təkcə iqtisadiyyatın deyil, dövlət idarəçiliyinin, təhsilin, səhiyyənin və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər əsasında yaradılan Rəqəmsal İnkişaf Şurası və qəbul edilmiş 2026–2028-ci illər üçün Fəaliyyət Planı bu istiqamətdə həyata keçirilməli olan layihələri özündə ehtiva edir. Məqsəd yeni texnologiyalrın tətbiqi vasitəsilə istehsalın və səmərəliliyin artırılması, eləcə də dövlət idarəçiliyində daha çevik, şəffaf və səmərəli modelə keçidi təmin etməkdir.
29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olundu. İclasda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya və təhsilin rəqəmsal transformasiyası əsas prioritetlər kimi qiymətləndirildi.

Fəaliyyət Proqramına uyğun olaraq həyata keçiriləcək ən mühüm yeniliklərdən biri dövlət xidmətlərinin vahid platformada birləşdirilməsidir. Bu gün vətəndaş müxtəlif xidmətlər üçün fərqli tətbiqlərdən istifadə edir. Yeni yanaşma isə bütün elektron xidmətlərin “mygov” və “mygov Biznes” platformalarında cəmləşdirilməsini nəzərdə tutur. Artıq “e-Sosial”, “e-Təbib” və digər mühüm xidmətlərin inteqrasiyasına başlanılıb. Gələcəkdə vətəndaşın dövlət qurumları ilə əlaqəsi daha sadə, operativ və rahat olacaq. Bu, həm vaxt itkisini azaldacaq, həm də dövlət-vətəndaş münasibətlərində şəffaflığı artıracaq.

Rəqəmsal transformasiyanın ən mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Artıq yaşa görə əmək pensiyasının vətəndaşın müraciəti olmadan təyin olunması bunun uğurlu nümunəsidir. Qarşıdakı dövrdə uşağın doğulmasına görə birdəfəlik müavinətin avtomatik ödənilməsi, sənədlərin etibarlılıq müddəti bitməzdən əvvəl vətəndaşların xəbərdar edilməsi və digər xidmətlərin də eyni prinsiplə həyata keçirilməsi nəzərdə tutulur. Belə yanaşma dövlət xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, bürokratik maneələri də minimuma endirəcək.

Müasir dünyada rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri də innovasiya mühitidir. Azərbaycan bu istiqamətdə mühüm hüquqi və iqtisadi islahatlara hazırlaşır. Vençur kapitalı fondlarının inkişafı, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, “Rəqəmsal səyyah” vizası və innovativ məhsulların dövlət satınalmalarında təşviqi ölkənin regional texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir. Bu addımlar yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün də daha cəlbedici mühit formalaşdıracaq.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi də xüsusi diqqət çəkən istiqamətlərdəndir. Artıq “mygov” platformasında virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, müxtəlif dövlət qurumlarında süni intellekt əsaslı həllərin hazırlanması və yüksək hesablama infrastrukturunun qurulması bu sahədə ciddi hazırlığın aparıldığını göstərir. Bununla yanaşı, innovativ layihələrin təhlükəsiz şəkildə sınaqdan keçirilməsi üçün tənzimləyici test mühitinin yaradılması da texnologiyaların daha sürətli tətbiqinə imkan verəcək.

Rəqəmsal xidmətlərin genişlənməsi yeni risklər də yaradır. Buna görə də Rəqəmsal inkişaf kibertəhlükəsizlik tədbirləri olmadan mümkün deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə sistemlərinin tətbiqi və cəmiyyətin kibergigiyena sahəsində maarifləndirilməsi ölkənin rəqəmsal təhlükəsizlik sisteminin gücləndirilməsinə hesablanıb. Məqsəd yalnız mövcud təhlükələrə reaksiya vermək deyil, həm də onları əvvəlcədən müəyyən edib qarşısını almaqdır.

Rəqəmsal transformasiyanın davamlı olması üçün insan kapitalının inkişafı da həlledici əhəmiyyət daşıyır. Məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri, “Rəqəmsal məktəb” platformasının genişləndirilməsi və elektron təhsil xidmətlərinin artırılması gələcəyin peşələrinə hazır olan yeni nəslin formalaşmasına xidmət edir. Süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası isə təhsilin keyfiyyətini daha da yüksəltmək üçün yeni imkanlar açacaq.

Azərbaycanda rəqəmsal inkişaf artıq texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır. Burada söhbət dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin bütövlükdə yeni inkişaf modelinə keçidindən gedir. Rəqəmsal xidmətlərin genişlənməsi, innovasiyaların dəstəklənməsi, süni intellektin tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətinə də birbaşa müsbət təsir göstərəcək.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı.

Bənzər Xəbərlər

Gündəm

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

Noyabr 4, 2026
Gündəm

Cavanşir Feyziyev: “Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”

Noyabr 4, 2026
Gündəm

Əli Kərimlinin məhkəməsi başlayıb

Noyabr 3, 2026
Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026

XƏBƏR LENTİ

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

04 Noyabr, 26 / 18:25

Cavanşir Feyziyev: “Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”

04 Noyabr, 26 / 9:08

Əli Kərimlinin məhkəməsi başlayıb

03 Noyabr, 26 / 12:19

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.