• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.1° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30
A A

Mayın 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, nümayəndəlik ofisinin yaradılması Çin turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsinə, Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılmasına, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin genişləndirilməsinə xidmət edir.

Rəsmi açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın Çin Xalq Resplublikasındakı səfirliyinin nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev bildirib ki, Pekində nümayəndəliyin açılması Azərbaycanın Çin bazarına verdiyi strateji əhəmiyyətin göstəricisidir. O qeyd edib ki, son illərdə iki ölkə arasında turizm əməkdaşlığı dinamik şəkildə inkişaf edir və vizasız rejimlə birbaşa uçuşlar bu prosesə əlavə təkan verir. Fuad Nağıyev əlavə edib ki, nümayəndəliyin fəaliyyəti Azərbaycanın turizm potensialının Çin bazarında daha geniş tanıdılmasına xidmət edəcək.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Proqram rəsmi şam yeməyi və tanınmış azərbaycanlı caz pianoçusu və bəstəkarı Emil Əfrasiyabın musiqi ifaları ilə davam edib.

Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 28-də “Trip.com Group” tərəfindən təşkil olunan “Envision 2026 Global Conference” tədbirində iştirak edib. Tədbirdə Azərbaycan tərəfi uğurlu əməkdaşlıq və davamlı tərəfdaşlığın göstəricisi olaraq “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülüb.

Bənzər Xəbərlər

Telekommunikasiya və nəqliyyat

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilib

İyun 24, 2026
Cəmiyyət

26 İyun-Silahlı Qüvvələr Günü: Azərbaycanın gücü və qürur mənbəyi 

İyun 24, 2026
Cəmiyyət

Sabah ölkəmizdə yağış yağacaq

İyun 24, 2026
Cəmiyyət

Xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb

İyun 24, 2026
Cəmiyyət

Bakı zooparkı ləğv olunur

İyun 23, 2026
Cəmiyyət

Bu tarixə kimi yağış yağacaq

İyun 23, 2026

XƏBƏR LENTİ

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

24 İyun, 26 / 18:45

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

24 İyun, 26 / 18:26

İsrail səfiri: “İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

24 İyun, 26 / 17:41

Ceyhun Bayramov Polşaya getdi

24 İyun, 26 / 17:34

Mark Rutte Donald Tramp ilə görüşündə gərginliyi azaltmağa çalışacaq

24 İyun, 26 / 17:28

“İranın yenidənqurma fondu üçün təklif olunan 300 milyard dollarlıq fond arzuolunandır”

24 İyun, 26 / 17:26

Qətər ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

24 İyun, 26 / 17:11

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

24 İyun, 26 / 17:07

Hindistanın baş naziri Xameneyinin dəfninə dəvət edilib

24 İyun, 26 / 16:02

Ukrayna Orenburqda qaz emalı müəssisəsinə dron zərbəsi endirdi

24 İyun, 26 / 15:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.