İran vasitəçilər üzərindən ABŞ-yə müharibənin birdəfəlik dayandırılması və Hörmüz boğazının yenidən açılması məqsədi daşıyan yeni təklif təqdim edib.
Zefer.media xəbər verir ki, bu barədə “Axios” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Tehran Vaşinqtona üç mərhələli danışıqlar formulu irəli sürüb:
1. Müharibənin tam dayandırılması və İranla Livana qarşı hərbi əməliyyatlara yenidən başlanmayacağına dair zəmanətlərin alınması;
2. Bu razılaşmadan sonra Hörmüz boğazının idarə olunması və nəzarət mexanizmləri ilə bağlı danışıqların başlanması;
3. Nüvə proqramı məsələsinin yalnız son mərhələdə və yalnız əvvəlki iki mərhələdə razılaşma əldə olunarsa danışıqlar gündəliyinə daxil edilməsi.
Zərintac Mayisqızı

















