Dünya

“Axios”: ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır

6 May 2026, 13:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran müharibəyə son qoymaq məqsədilə tək səhifəlik razılaşma sənədinə yaxınlaşır.

Zefer.media xəbər verir ki, bu barədə “Axios”un məlumat yayıb.

Sənəd gələcəkdə nüvə proqramı üzrə daha geniş danışıqlar üçün əsas çərçivə rolunu oynaya bilər.

Məlumata əsasən, Vaşinqton Tehrandan qarşıdakı 48 saat ərzində sənədin əsas bəndləri ilə bağlı cavab gözləyir.

Təklif edilən razılaşmaya görə, hər iki tərəfin Hörmüz boğazı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Eyni zamanda İranın uranın zənginləşdirilməsini dayandırması, ABŞ-nin isə sanksiyaları yumşaldaraq İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəst buraxması planlaşdırılır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600