Dünya

“Axios”: “ABŞ İranla mümkün razılaşma üçün Cenevrəyə hazırlıq görür”

12 İyun 2026, 13:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamalarından bir neçə saat sonra Vaşinqton administrasiyası Cenevrəyə mümkün səfər və diplomatik görüşlər üçün hazırlıqlara başlayıb.

Zefer.media xəbər verir ki, bununla bağlı “Axios” nəşri bildirib.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cenevrəyə ehtimal olunan səfəri üçün lazım olan avadanlıqları daşımaq məqsədilə Avropaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi göndərilib.

Nəşr qeyd edir ki, bu addım ABŞ və İran arasında mümkün razılaşmanın imzalanması üçün hazırlıq mərhələsi kimi qiymətləndirilir və sənədin yaxın günlərdə rəsmiləşdirilə biləcəyi ehtimal olunur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600