Avropa liderləri ABŞ prezidenti Donald Trampla G7 sammitində keçirdikləri görüşlərdən istifadə edərək onu Ukrayna ilə Rusiya arasında yeni sülh danışıqlarını dəstəkləməyə inandırmaq istəyirlər.
Zefer.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Belə ki, Böyük Britaniya, Fransa və Almaniya müharibədəki vəziyyətin son zamanlar Ukraynanın xeyrinə dəyişdiyinə inanırlar.
Onların fikrincə, bu, Donald Trampın ötən il Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşməsindən sonra ortaya çıxan yanaşmalardan kənara çıxan danışıqlar üçün fürsət yaradır.
Zərintac Mayisqızı
















