Dünya

Avropa rekord istilik dalğası ilə üzləşəcək

17 İyun 2026, 12:501
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qərbi Avropa ölkələrində yaxın günlərdə temperaturun kəskin şəkildə yüksələcəyi gözlənilir. Bəzi yerlərdə hava 45 dərəcəyə qədər istiləşə bilər.

Zefer.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Son proqnozlara görə, bu həftənin sonlarında güclü istilik dalğası güclənməyə başlayacaq və Qərbi Avropa ölkələri ən çox zərər görəcək.

İspaniyanın cənubunda, Portuqaliyada və Fransada temperatur bazar ertəsindən çərşənbə gününə qədər 43-45 dərəcə Selsiyə çata bilər və ən yüksək temperatur İspaniyanın Əndəlüs bölgəsində proqnozlaşdırılır.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, bəzi yerlərdə temperatur ilin bu dövründə orta göstəricidən təxminən 20 dərəcə yüksək olacaq.

Qeyd edilir ki, istilik digər ölkələrə də yayılacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600