Hadisə

Astarada əməliyyat: saxlanılanlar var – Video

16 Fevral 2026, 09:412
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Astarada 64 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Zefer.media xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb.

Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb.

Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600