Ukraynadakı müharibəyə son qoymaq üçün sülh danışıqları bu yay başlaya bilər.
Zefer.media xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
Vadeful qeyd edib: “Müharibə faktiki olaraq dalana dirəndiyindən, heç bir tərəfin döyüş meydanında üstünlüyü yoxdur”.
Bundan əlavə, alman nazirin sözlərinə görə, Putin “indi bu məsələni ciddi şəkildə nəzərdən keçirdiyi mərhələdə ola bilər”.
Zərintac Mayisqızı

















