Dünya

Alman mətbuatı: Avropa müdafiə sahəsində Türkiyəyə üz tutur

19 May 2026, 16:181
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Almaniyanın “WELT” qəzeti Türkiyənin müdafiə sənayesindəki yüksəlişini vurğulayaraq Almaniyanın Türkiyə istehsalı olan uzun mənzilli raket sistemləri ilə yaxından maraqlandığını yazıb.

Zefer.media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Orada Türkiyə tərəfindən hazırlanmış yüksək texnologiyalı müdafiə sistemlərinin Avropa təhlükəsizlik arxitekturasında getdikcə daha vacib rol oynadığı vurğulanıb.

Belə ki, Alman mediası Türkiyənin müdafiə sənayesində və yerli istehsal sistemlərində əhəmiyyətli texnoloji sıçrayışını işıqlandırmağa davam edir. Berlin hökumətinin Türkiyə istehsalı olan uzun mənzilli raket sistemləri ilə yaxından maraqlandığını detalları ilə xəbər verib.

Türkiyənin milli qırıcı təyyarə layihəsi olan KAAN-ın Avropada da əhəmiyyətli maraq doğurduğu və İspaniyanın Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkətinin Britaniyanın “BAE Systems” şirkəti ilə birlikdə həyata keçirdiyi bu layihəyə böyük maraq göstərdiyi bildirilib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600