Dünya

“Aİ-nin Ermənistana 50 milyon avroluq iqtisadi yardımı heç nəyi həll etməyəcək”

5 İyun 2026, 12:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Avropa İttifaqının Ermənistana ayırmaq niyyətində olduğu təxminən 50 milyon avroluq yardım ölkəyə iqtisadi dəstək baxımından heç bir problemi həll etməyəcək.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bu məbləğlər heç nəyi müəyyən etmir. Onlar düzgün məbləğlər deyil. Ermənistanla ticarət həcmlərimiz tamamilə fərqlidir; mən hətta bu barədə şərh vermək istəmirəm”, – deyə Overçuk “İnterfaks” agentliyinə bildirib.
Rusiya Baş nazirinin müavini həmçinin Ermənistandan Rusiyaya bir sıra malların idxalına məhdudiyyətlərin qoyulmasını İrəvanın Avrasiya İqtisadi Birliyinə (AAİB) üzvlük perspektivləri ilə bağlı davam edən müzakirələr fonunda təsadüf adlandırıb.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı İrəvana dəstək tədbirləri üçün 50 milyon avro ayıracağına söz verdiyi ifadə edilib.

Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600