Dünya

Aİ Ermənistana viza rejiminin liberallaşdırılmasını asanlaşdırmaq üçün 2,2 milyon avro ayırıb

2 İyun 2026, 17:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa İttifaqı Ermənistana viza liberallaşdırılması üçün 2,2 milyon avro ayırır.

Zefer.media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

İyunun 1-də “Ermənistanda viza liberallaşdırılması üzrə dialoqun dəstəklənməsi – sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarında islahatlar” proqramına start verilib.

Aİ tərəfindən ayrılan vəsait həmin proqram çərçivəsində islahatlara sərf olunacaq.

Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanın sözlərinə görə, bu, Ermənistanda liberallaşma prosesini birbaşa dəstəkləyən ilk proqramdır. Sözügedən proqram Ermənistan tərəfindən Litva ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600