• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Ashburn
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Ağcabədidəki su narazılığı HƏLLİNİ TAPDI: "ADSEA" - nin operativliyi sayəsində yonca sahəsi suvarıldı – TƏFƏRRÜAT / AKT 

21 Avqust, 26 / 19:50
A A

Zefer.media-nın müraciətinə “ADSEA” Mətbuat Xidməti dərhal reaksiya verib; qurumun operativ müdaxiləsi nəticəsində vətəndaşın problemi yerindəcə həllini tapıb.

Bir neçə gün öncə Zefer.media redaksiyasına Ağcabədi rayonunun Rəşbərilər kənd sakini Həsənov Bayram Səməd oğlu tərəfindən video müraciət daxil olub. Kənd sakini təsərrüfatını suvarmaq üçün su tapa bilmədiyini, nəticədə 1.70 hektar yonca sahəsinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib. B.Həsənov kənddəki Qarabağ kanalının su paylayıcı bəndlərinin baxımsız olduğunu, 2019–2020-ci illərdə çəkilişinə başlanılan su boru xəttinin yarımçıq qaldığını qeyd edərək aidiyyəti qurumlara və ölkə rəhbərliyinə müraciət edib.

Məsələ ilə bağlı Zefer.media tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat Xidmətinə müraciət ünvanlanıb.ADSEA Mətbuat Xidməti müraciəti yüksək həssaslıqla qarşılayaraq dərhal operativ şəkildə reaksiya verib və problemin həlli istiqamətində görülən tədbirlər barədə redaksiyamıza məlumat daxil olub.

Mətbuat xidmətinin operativ yönləndirməsi ilə rayon su təsərrüfatı nümayəndələri və Su İstehlakçıları Birliyinin (SİB) əməkdaşları dərhal əraziyə cəlb olunublar. Əraziyə keçirilən baxış zamanı sözügedən 1.70 hektar yonca sahəsinə suyun ötürülməsi üçün xüsusi arxlar çəkilib və sahənin suvarılması yerindəcə təmin edilib.

Görülən işlərdən sonra “Sudan İstifadəedənlər Birlikləri ilə kənd təsərrüfatı istehalçıları arasında suvarma suyunun verilməsi üzrə akt” hər iki tərəfin imzası ilə rəsmən təsdiqlənib.

Ərazidən çəkilən son görüntülərdə (19 avqust 2026-cı il, saat 14:35) B.Həsənov sahəsinə suyun artıq axdığını və suvarmanın aparıldığını bildirib. Çəkiliş zamanı verdiyi açıqlamada o, arxın çəkildiyini, suvarma işlərinin tam həyata keçirildiyini və hazırda heç bir narazılığının olmadığını vurğulayıb.

Zefer.media olaraq vətəndaşların problemlərini işıqlandırmaqla yanaşı, media sorğularına xüsusi həssaslıqla yanaşan, operativ reaksiyası və peşəkar fəaliyyəti ilə vətəndaşın su problemini qısa zamanda həll edən “ADSEA” Mətbuat Xidmətinə və aidiyyəti su təsərrüfatı qurumlarına təşəkkürümüzü bildiririk.

https://zefer.media/wp-content/uploads/2026/08/VID-20260821-WA0104.mp4

1. Vətəndaşın ilkin müraciəti (Videoşikayət)

https://zefer.media/wp-content/uploads/2026/08/VID-20260821-WA0103.mp4

2. Məsələnin həllindən sonrakı görüntülər 

Bənzər Xəbərlər

Gündəm

Mingəçevirdə veteranların böyük görüşü baş tutdu

Sentyabr 6, 2026
Gündəm

“Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil”

Sentyabr 6, 2026
Gündəm

“Yeni Çağ” 19 yaşını qeyd edir

Sentyabr 5, 2026
Gündəm

Odessa vilayətində TCK əməkdaşının iki yaşlı uşağı vuraraq hadisə yerindən qaçdığı bildirilir

Sentyabr 4, 2026
Gündəm

Bakıda IRONMAN yarışı ilə əlaqədar bəzi yollar bağlanacaq

Sentyabr 4, 2026
Gündəm

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Sentyabr 4, 2026

XƏBƏR LENTİ

Mingəçevirdə veteranların böyük görüşü baş tutdu

06 Sentyabr, 26 / 12:59

“Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil”

06 Sentyabr, 26 / 12:45

Cavanşir Feyziyev: Şvabe və onun tərəfdarları Azərbaycana təzyiq cəhdləri  ilə özlərini ifşa edir

06 Sentyabr, 26 / 11:20

“Yeni Çağ” 19 yaşını qeyd edir

05 Sentyabr, 26 / 15:30

Turan Qastro Turizm Təhsil Mərkəzinin ilk məzunlarına CTH beynəlxalq diplomları təqdim olunub – FOTOLAR

05 Sentyabr, 26 / 15:25

Odessa vilayətində TCK əməkdaşının iki yaşlı uşağı vuraraq hadisə yerindən qaçdığı bildirilir

04 Sentyabr, 26 / 17:33

Milei Folklend adaları yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək

04 Sentyabr, 26 / 17:21

Azeri Light neftinin qiyməti 105 dollara yaxınlaşıb

04 Sentyabr, 26 / 16:11

“Qərb silah istehsalı müəssisəsi Rusiyanın hədəfinə çevriləcək”

04 Sentyabr, 26 / 15:06

Payız fəsli Azərbaycana nə vaxt daxil olur?

04 Sentyabr, 26 / 14:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.