Dünya

Ağ Evdən qalxan ağ tüstü ABŞ– İran razılaşması şayiələrini alovlandırdı

15 İyun 2026, 10:262
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Trampın Tehranla razılaşmanın başa çatdığını bildirməsindən bir neçə saat sonra Ağ Evdə qeyri-adi görüntü müşahidə olunub.

Zefer.media xəbər verir ki, Ağ Evdə çalışan jurnalistlər binanın bacalarından birindən ağ tüstünün qalxdığını qeydə alıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə müxbirlərdən birinin zarafatla “Bu, razılaşmanın əlamətidir” dediyi eşidilir.

Hadisə qısa müddətdə geniş müzakirələrə səbəb olsa da, tüstünün ABŞ və İran arasında mümkün razılaşma ilə əlaqəli olduğuna dair heç bir rəsmi təsdiq verilməyib.

“Ağ tüstü” simvolu daha çox Vatikan ənənəsi ilə əlaqələndirilir. Belə ki, yeni Papa seçildikdə kardinalların uğurlu səsverməsini bildirmək üçün Sikstin Kapellasının bacasından ağ tüstü buraxılır. ABŞ-də isə belə bir siyasi və ya dövlət ənənəsi mövcud deyil.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600