ABŞ qüvvələri hazırda İran limanlarına daxil olan və ya onlardan çıxan 70-dən çox tankerə mane olub.
Zefer.media xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
CENTCOM-un “X” platformasında yayılan açıqlamasında qeyd olunur ki, həmin kommersiya gəmiləri ümumilikdə 13 milyard dollardan çox dəyərində və 166 milyon bareldən artıq İran neftini daşımaq qabiliyyətinə malikdir.
Zərintac Mayisqızı

















