ABŞ administrasiyası Venesuelanın neft yataqlarında pay əldə etməyə imkan verəcək genişmiqyaslı sazişin bağlanmasına yaxındır. Danışıqlar ölkənin 90 milyard barelə yaxın təsdiqlənmiş ehtiyatına malik 10-dan çox işlək yatağını əhatə edir.
Zefer.media Axios-a istinadən xəbər verir ki, saziş reallaşarsa, ABŞ-nin neft ehtiyatlarını iki dəfədən çox artıra bilər. Bunun müqabilində ABŞ şirkətləri də daxil olmaqla özəl şirkətlərin yataqların işlənməsində iştirak etməsi və Venesuelaya əlavə neft gəlirləri qazandırması nəzərdə tutulur.
Danışıqlar hələ davam edir və sazişin dəqiq şərtləri razılaşdırılmayıb.
Aytən Yalçınqızı

















